İrandan Azərbaycan ərazisinə narkotik keçirilməsinin qarşısını ermənilər aldı...-FOTO

 
13-09-2019, 09:05            67 dəfə baxılıb
Çünki xarici və daxili düşmən güclər  25 ildən çoxdur,  Azərbaycan xalqını “atəşkəs”, “dermokratiya” nəşələri ilə uydurub...
 


İşğal altındakı torpaqlarımızda qondarılmış separatçı-terrorçu erməni rejiminin “təhlükəsizlik” qüvvələri İran İslam Respublikasından de-yure Azərbaycan Respublikasına aid olan ərazilərə narkotik keçirilməsinin guya qarşısını alıb.

Moderator.az xəbər verir ki, Xankəndidəki separatçı erməni nəşrlərinin yaydığı məlumata görə, şəxsiyyəti, İran vətəndaşı və ya işğal altındakı torpaqlarımızda sülənən ermənilərdən olduğu açıqlanmayan şəxslər Araz çayımızdan bu taya ümumi çəkisi  4,2 kq olan  narkotik maddə(metamfetamin və opium) keçirməyə cəhd ediblər. 

P.S. “Azərbaycan Respublikasının hüquqi ərazisində qanunsuz narkotik dövriyyəsinin qarşısını niyə ermənilər alır?” sualının cavabı budur ki, 25 ildən çoxdur, xarici və daxili düşmən güclər beynəlxalq təşkilatlar, BMT, ATƏT, Minsk Qrupu, həmsədr ölkələr və s. vasitəsilə Azərbaycan xalqını “atəşkəs”, “dermokratiya”, "sülh danışıqları", “modernləşmə”, “tolerantlıq” və s. nəşələri  ilə uydurub...

P.P.S. Separatçı erməni rejimi işğalçı Ermənistan kimi ara-sıra bu səpkili xəbərlər yaymaqla belə təəssürat yaratmağa çalışır ki, guya özləri ən böyük narkotik alverçisi olan super güclərin işğalçılar vasitəsilə nəzarətdə saxladığı Azərbaycanın bu ərazilərindən narkomafiya tranzit kimi istifadə etmir... Halbuki, işğal altındakı torpaqlarımızdan nəinki külli miqdarda narkotik keçirilir, eyni zamanda yüz hektarlarla narkotik plantasiyaları salınır... Və bu cür manipulyasiyalardan BMT-nin tanıdığı qanuni dövlətlər istifadə edir, qaldı ki, separatçı rejimlər ola...

Sultan Laçın
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031