TOVUZDA SABİQ MƏHKƏMƏ SƏDRİ GÜLLƏLƏNDİ – Hadisənin səbəbi açıqlandı + Fotolar

 
13-09-2019, 15:15            63 dəfə baxılıb
 
Tovuz rayonunda sabiq məhkəmə sədrinin qətli ilə bağlı bəzi təfərrüat məlum olub. “Report”un Qərb Mərkəzinin əldə etdiyi məlumata görə, Firudin Ələkbərli və Əli Şəmiyev arasında mübahisə rayon ərazisində fəaliyyət göstərən, Ə.Şəmiyevə məxsus restoranda natəmizliyin olması və restoranın çirkab sularının çaya axıdılmasına qarşı F.Ələkbərlinin sərt münasibət göstərməsi olub.
Belə ki, F.Ələkbərli dəfələrlə restorandakı vəziyyətlə bağlı hüquq-mühafizə orqanlarına və adiyyəti idarələrə şikayət məktubu ünvanlayıb. Bundan başqa, F.Ələkbərli restorandakı vəziyyətlə bağlı Ə.Şəmiyev barəsində Tovuz Rayon Məhkəməsinə də müraciət edib. Məhkəmədə keçirilən prosses zamanı hakim Ə.Şəmiyevin xeyirinə qərar çıxarıb.
Bundan sonra sonra tərəflər arasında münasibətlər daha da gərginləşməyə başlayıb və onlar bir neçə dəfə mübahisə ediblər.
Sonuncu görüş zamanı tərəflər yenidən mübahisə ediblər. Hadisə şahidləri “Report”un yerli bürosuna bildiriblər ki, Ə.Şəmiyev F.Ələkbərlidən bir daha onun barəsində şikayət etməməyi tələb edib. F.Ələkbərli isə ölənə qədər ondan əl çəkməyəcəyini deyib. Bu zaman Ə.Şəmiyev üstündə gəzdirdiyi “TT” markalı tapança ilə F.Ələkbərliyə tərəf bir neçə dəfə atəş açıb.Güllələrdən 3-ü ona dəyib. Ağır xəsarət alan F.Ələkbərli xəstəxanada ölüb.
Qeyd edək ki, Əli Şəmiyev rayonda tanınmış iş adamıdır. Onun rayon ərazisində restoran, otel və bir neçə biznes obyektlərinin olduğu bildirilir.
Faktla Bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
***
Tovuz rayonunda güllələnən sabiq məhkəmə sədrini xəstəxanada ölüb. “Report”un Qərb Mərkəzinin məlumatına görə, rayon sakini, 1963-cü il təvəllüdlü Ələkbərov Firudin Muxtar oğlunu həmyerlisi, 1959-cu il təvəllüdlü Şəmiyev Əli Məhərrəm oğlu güllələyib.
F.Ələkbərli 3 güllə yarası alıb və xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
“Report”un əldə etdiyi məlumkata görə, güllələnən F.Ələkbərli Tovuz Rayon Xalq Məhkəməsinin (indiki Tovuz Rayon Məhkəməsinin) sabiq sədridir. O, 1995-ci ildə fəaliyyətində qanunun kobudcasına pozulmasına görə vəzifədən azad edilib və xalq hakimi səlahiyyətindən vaxtından əvvəl məhrum olunub.
Özünü vəkil kimi təqdim edən Firudin Ələkbərli Vəkillər Kollegiyasının üzvü olmayıb. Sadəcə nümayəndə kimi məhkəmələrdə təmsil olunub.
Hadisəni törədən Ə.Şəmiyev polis tərəfindən saxlanılıb. “Göl Əli” kimi tanınan şəxs Əli Şəmiyev Tovuz rayonunda məhşur “Qaz Qulu” adlanan gölün müdiridir. Rayonda çox imkanlı adam kimi tanınır.
***
İlkin araşdırma zamanı məlum olub ki, şəxslər arasında münaqişə hüquqşünasın iş adamının obyektlərinin tikintisi zamanı yol verdiyi qanun pozuntuları barədə dövlət qurumlarına şikayət etdiyi üçün başlayıb. Bu barədə oxu.Az-a Tovuz Rayon Polis Şöbəsindən məlumat verilib.
Qarçı tərəfin iddiasına görə, hüquqşünas iş adamına məxsus hotelin Tovuzun magistral su kəmərinin yaxınlığında tikildiyini müəyyənləşdirib və ondan pul tələb edib.
Bir neçə dəfə hüquqşünasın istəyini yerinə yetirən iş adamı sonuncu görüşdə üzərində gətirdiyi “Makarov” tipli tapançadan F.Ələkbərliyə üç dəfə atəş açıb. Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan hüquqşünas orada ölüb.
Qeyd edək ki, hüquqşünas iş adamını şantaj etməsi iddiasının qəsdən ortaya atılması da istisna deyil. Təsadüfü deyil ki,  bir qədər əvvəl bəzi saytlar vasitəsilə sanki qətlə haqq qazandırılmiş kimi F.Ələkbərlinin müxalifətçi olduğuna dair məlumat da dövriyyəyə buraxılıb. Mümkündür ki, bu cür ucuz yollarla iş adamına daha az  həbs cəzası kəsmək üçün zəmin hazırlanır. 
Əgər doğurdan da  hüquqşünas iş adamından pul tələb etmişdisə, niyə hüquq-mühafizə orqanlarına müraciət etmirdi?  
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031