YPX bundan sonra piyadaları da cərimələyəcək - RƏSMİ AÇIQLAMA

 
13-09-2019, 17:59            54 dəfə baxılıb
 
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrə əsasən, paytaxtın küçə və prospektlərində piyadaların hərəkətinə nəzarət edən, bu zaman yolu müəyyən olunmamış yerdən keçənləri saxlayan post-patrul xidmətinə verilən səlahiyyətlərə xitam verilib. 
Qərar müzakirələrə səbəb olub.
Belə ki, bəzi insanlar bu qərarı piyadaların cərimələnməsinin ləğv edilməsi kimi anlayıb.
Məsələ barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidovla əlaqə saxladıq.
O bildirib ki, imzalanan əmr yalnız post-potrul xidmətinin piyadaları cərimələməsinə aiddir:
“Ötən ilin mart ayından Daxili İşlər nazirinin əmri ilə piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasının qarşısının alınması məqsədilə polis idarələrinin post-patrul xidməti əməkdaşlarına yol-patrul xidməti inspektorlarına aid olan səlahiyyətlər verilib.
Daha bu işi post-patrul xidmətinin əməkdaşları deyil, Baş Dövlət Yol Polis İdarəsinin yol-patrul xidmətinin əməkdaşları həyata keçirəcək”. (Oxu.az)
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031