Özbəkistanda min illərlə yaşı olan qayaüstü rəsmlər tapılıb

 
13-09-2019, 22:12            124 dəfə baxılıb
 

Özbəkistanda çalışan polşalı arxeoloqlar Qızıl-Dərə vadisinin ətəklərində min illərlə yaşı olan qayaüstü rəsmlər aşkarlayıblar.
AZƏRTAC xəbər verir ki, Varşava Universitetinin tədqiqatçıları bir neçə ildir Özbəkistanın şimal-qərbindəki Çatkal dağlarında qazıntı işləri aparırlar. Bu müddət ərzində onlar 40 min il bundan əvvəl mövcud olan yaşayış məskənləri aşkar ediblər.
Ekspedisiyanın rəhbəri doktor Malqojata Kot deyib ki, buradakı qayaların üzərində müxtəlif təsvirlərin olduğunu yerli sakinlərdən öyrəniblər. Bu rəsmlər indiyədək alimlərə məlum olmayıb. Qayaüstü rəsmlərdə əsasən heyvanlar təsvir edilib. Dağ keçisi rəsmlərinə daha çox rast gəlinir.
Dəniz səviyyəsindən 2500-3000 metr yüksəklikdə yerləşən qayalara dırmaşmaqda arxeoloqlara alpinistlər kömək ediblər.шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829