Tacikistanda elmə məlum olmayan rəsədxana aşkar olunub

 
14-09-2019, 09:11            55 dəfə baxılıb
 

Tacikistanlı alimlər qədim Koron şəhərində heç vaxt elmə məlum olmayan rəsədxana tapıb.
AZƏRTAC xəbər verir ki, alimlərin gəldiyi qənaətə görə, rəsədxana 15-ci əsrə qədər fəaliyyət göstərib.
Akademik Yusufşoxi Yakubşox jurnalistlərə bildirib ki, rəsədxananın tapıldığı Koron şəhəri təxminən 4 min il əvvəl, ari sivilizasiyasının çiçəkləndiyi dövrdə tikilib. O deyib ki, qazıntı yerindən tapılan əşyalar burada rəsədxana olduğunu təsdiqləyir. Burada müxtəliif həndəsi fiqurlar şəklində süni daş lövhələr tapılıb.
Qeyd olunub ki, hələlik rəsədxananın nə vaxt yaradıldığı haqqında məlumat yoxdur və bu istiqamətdə işlər davam edir.
 шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031