Azərbaycanlı xeyriyyəçinin xəstəxanaya çevrilmiş evi məhv olmaqdadır

 
14-09-2019, 09:56            58 dəfə baxılıb
 

Tanınmış xeyriyyəçi Balabəy Tağızadənin XIX əsrə aid olan, tarixi abidə sayılan evi bərbad vəziyyətdədir.
Serhed.az oxu.az-a istinadla xəbər verir ki, Bərdənin Həsənqaya kəndində yerləşən, xüsusi görünüşü ilə seçilən 30 otaqdan ibarət olan abidə çürüyərək sıradan çıxıb.
Dövlət əhəmiyyətli memarlıq abidəsi 9 saylı inventar kimi rayon mədəniyyət şöbəsi tərəfindən qeydiyyata götürülüb. Lakin abidənin eyvan, döşəmə, qapı və pəncərələri baxımsızlıqdan çürüyərək sıradan çıxıb. İkinci mərtəbənin tavanı isə yağış sularının sızması nəticəsində yararsız hala düşüb.
Bundan başqa, binanın arxa divarlarında bəzi çatlar da yaranıb.
Bərdə Turizm İnformasiya mərkəzinin direktoru Hikmət Heydərov bildirir ki, Rayon Mədəniyyət və Turizm Şöbəsi abidəyə mütəmadi nəzarət edir. Tarixi binanın restavrasiya edilməsi ilə bağlı nazirliyə də müraciət olunub.
Bina hazırda kənd xəstəxanası kimi fəaliyyət göstərir.
Qeyd edək ki, abidənin maraqlı tərəflərindən biri də ondan ibarətdir ki, evin istilik, kanalizasiya sistemi və su xətti hələ də işlək vəziyyətdədir.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031