Teleradio Akademiyası müsabiqə elan edib

 
16-09-2019, 12:01            76 dəfə baxılıb
 
 “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Teleradio Akademiyası dinləyici qəbulu ilə bağlı müsabiqə elan edib.
     
Teleradio Akademiyasının İctimaiyyətlə əlaqələr şöbəsindən Moderator.az-a verilən məlumata görə, müsabiqədə aparıcı, reportyor, redaktor, rejissor və operator peşələrinə yiyələnmək istəyən 30 yaşina qədər ali təhsili olan şəxslər iştirak edə bilərlər.
         

Aparıcı və reportyor kurslarına qatılmaq istəyənlərin nitq qabiliyyəti və xarici görünüşü efirə uygun olmalıdır.
     
Müsabiqədən keçən dinləyicilər:
 
  • Teleradio Akademiyasında təhsil almaq imkanı qazanacaqlar;
  • Kursu bitirdikdən sonra onlara Akademiyanın sertifikatı təqdim ediləcək.
         
Tədrisi Teleradio Akademiyasının peşəkar mütəxəssisləri və xaricdən dəvət olunan ustadlar aparacaqlar.
         
Müsabiqədə  iştirak etmək istəyənlər CV-lərini 2019-cu il sentyabrın 28-dək aşağıdakı e-mail ünvanına göndərməlidirlər: tvakademiya@aztv.az
         
Əlaqə nömrəsi: (012) 537-02-80шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031