Dövlət Statistika Komitəsi 40 minə yaxın şəxsi işə götürüb – Müvəqqəti

 
16-09-2019, 15:21            66 dəfə baxılıb
 
“Azərbaycanda 10 ildən bir keçirilən əhalinin siyahıya alınması üçün hazırlıq işləri tam başa çatdırılıb. Artıq bütün materiallar – sorğu vərəqələri, siyahıyaalma vərəqələri və digər yardımçı materiallar rayonlara, rayonlardan da sayıcı məntəqələrə çatdırılıb”.
Bunu “Report”a eksklüziv açıqlamasında Dövlət Statistika Komitəsi (DSK) sədrinin müavini Rauf Səlimov deyib.
Onun sözlərinə görə, əhalinin siyahıyaalınması ilə əlaqədar 40 minə yaxın şəxs müvəqqəti işə götürülüb: “Artıq həmin şəxslərlə müqavilə bağlanılıb. Bunlar əsasən sayıcılar, sayıcı məntəqələrinin müdirləri, müavinləri, təlimatçı-nəzarətçilərdir. Sentyabrın 23-26-da sayıcılar üçün təlim keçiriləcək. Ayın 1-dən isə əhalinin siyahıyaalınması prosesi başlanacaq. Bu proses 10 gün davam edəcək. Həmin məlumatlar Komitəyə göndəriləcək və gələn il yanvarın 1-dən onların elektron sistemlərə daxil edilməsinə başlanılacaq”.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031