DYP: “Manatlıq taksi”lər barəsində tədbir görüləcək"

 
16-09-2019, 22:28            177 dəfə baxılıb
 

Paytaxtda “manatlıq taksi”lərin sürücülərindən narazılıqlar artmaqdadır

Serhed.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, qeyri-qanuni yolla sərnişin daşıyan taksilərin sayı artıb və bununla bağlı tədbirlər görüləcək: "Sumqayıtdan Bakıya və Bakıətrafı digər ərazilərdən şəhərin müxtəlif metrostansiyalarına hər sərnişinə görə bir manat müqabilində (toplam dörd sərnişin) qeyri-qanuni yolla sərnişin daşıyan taksilərin sayı artmaqdadır. "Bir manatlıq taksi” adı altında sərnişin daşıyanlar şəhər sakinlərinin təhlükəsizliyi baxımından ciddi narahatlıq doğurur və bununla bağlı tədbirlər görüləcək:
“Sürücü “çörək pulu” qazanmaq adı ilə bu variantlara əl atırlar, lakin taksi fəaliyyəti qanun çərçivəsində həyata keçirilməlidir. Daxil olan məlumatlardan da görünür ki, bu tendensiya paytaxtın müxtəlif ərazilərində artmaqdadır. Bəzən “1 manatlıq” taksi fəaliyyəti ilə məşğul olan sürücülərin qeyri-etik davranışları, dayanma-durma qaydalarını pozması və bəzən avtomobili sərxoş halda idarə etməsi faktları var”.шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031