Tonoyandan şəhidimizlə bağlı - Şok etiraf

 
25-09-2019, 16:45            78 dəfə baxılıb
 
Ermənistanın Müdafiə naziri David Tonoyan rəhbərlik etdiyi qurumun Azərbaycan Ordusunun diversiyasının qarşısını alması ilə bağlı bəyanatını şübhə altına alıb.

Tonoyan jurnalistlərə verdiyi açıqlamasında neytral ərazidə şəhid olan Azərbaycan əsgərinin azmaq ehtimalını istisna etməyib.

Erməni nazir hadisəyə dəqiq qiymətin yalnız aparılan araşdırmalardan sonra veriləcəyini deyib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlunun yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulması ilə bağlı məlumat yaymışdı. Ermənistan tərəfi isə yaydığı məlumatda Azərbaycan Ordusu tərəfindən həyata keçirilən diversiyanın qarşısının alındığını bildirmişdi.

Sentyabrın 23-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəsi ilə əsgərimizin nəşi Vətənə gətirilib və dəfn olunub.(axar.az)
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031