Rafael Cəbrayılov deputat mandatından məhrum edildi

 
2-10-2019, 16:24            45 dəfə baxılıb
 
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Rafael Cəbrayılovun deputat mandatından məhrum edilməsi məsələsinə baxılıb.

İclasda qərara alınıb ki, R.Cəbrayılov deputat mandatından məhrum olunsun.

Qeyd edək ki, borca görə III və IV çağırış Milli Məclisinin vəsiqələrini girov qoyan Rafael Cəbrayılov mandatdan məhrum edilməsi üçün parlamentə müraciət edib.

Parlament isə məsələyə baxılması üçün MSK-ya müraciət etmişdi.

Xatırladaq ki, R.Cəbrayılov 300 min dollar borca görə deputat vəsiqəsini girov qoyub.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031