Ofeliya Sənaninin səhhəti ilə bağlı son durum açıqlanıb, infarkt təsdiqini tapmadı

 
7-10-2019, 11:00            114 dəfə baxılıb
 
Xalq artisti Ofeliya Sənaninin səhhəti ilə bağlı son durum açıqlanıb. 

O, hazırda Respublika Diaqnostika Mərkəzində müalicəsini davam etdirir. 

Mərkəzdən bildirilib ki, O.Sənani oktyabrın 5-də kəskin miokard infarktı diaqnozu ilə Respublika Diaqnostika Mərkəzinə daxil olub: "İnvaziv kardioloq Şahin Xəlilov tərəfindən Ofeliya Sənani üzərində koronar angioqrafiya müayinəsi aparılıb. Müayinələr nəticəsində infarkt təsdiqlənməyib. 

Hazırda Xalq artistinin hipertonik kriz diaqnozu (arterial təzyiqin kəskin şəkildə yüksək səviyyəyə qalxması) ilə stasionar müalicəsi davam etdirilir. Vəziyyəti qənaətbəxşdir.

Yaxın günlərdə evə yazılması planlaşdırılır".(Report)
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829