Novruz Məmmədov danışdı: “Hər şey artıq deyilib”

 
8-10-2019, 17:41            352 dəfə baxılıb

“Hazırda heç bir mətbuat orqanına müsahibə vermək fikrində deyiləm. Hər şey artıq deyilib”.

Bunu Modern.az-a qısa açıqlamasında sabiq Baş Nazir Novruz Məmmədov istefaya göndərilməsi məsələsinə münasibət bildirərkən deyib.

O, qeyd  edib ki, əlavə nəsə danışması doğru deyil:

“Bu gün Milli Məclisdə  Baş Nazir məsələsi  ətrafında daha ətraflı danışıldı. Milli Məclis üzvləri  fikirlərini bildirdilər. Mənim əlavə nəsə danışmağım doğru olmaz”.


Qeyd edək ki, Prezident İlham Əliyev bu gün Azərbaycan Respublikasının yeni Baş Nazirinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Əli Hidayət oğlu Əsədov Azərbaycan Respublikasının Baş Naziri təyin edilib.

Digər sərəncamla Novruz İsmayıl oğlu Məmmədov Azərbaycan Respublikasının Baş Naziri vəzifəsindən azad edilib.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031