İncirlikdəki nüvə silahları yenidən gündəmdə: Türkiyə izn verməsə...

 
31-10-2019, 10:48            45 dəfə baxılıb
 
Soyuq Müharibə dövründən bəri İncirlik Hava Bazasında nüvə silahının olması "Barış pınarı” Əməliyyatından sonra ABŞ mediasında yenidən müzakirə edilməyə başlanıb.
 
Qaynarinfo xəbər verir ki, ABŞ-da müdafiə sənayesi sektoru ilə bağlı ən çox baxılan xəbər saytlarından "Defense One”da Rusiya-Türkiyə əlaqələrinin NATO-nu təhdid etdiyi və İncirlikdəki nüvə silahlarının təhlükəsizlikdə olmadığını iddia edən bir məqalə dərc edilib.

Bəs, hər dəfə böhran yarananda Türkiyəyə qarşı nüvə silahı kartının gündəmə gəlməsi nə məna daşıyır? İncirlikdə olan nüvə silahlarının ölkədən çıxarılması Türkiyənin xeyrinə, yoxsa ziyanınadır?

Təqaüddə olan aviasiya generalı Bəyazid Qaradaş ABŞ-ın İncirlikdən nüvə silahlarını çıxarmasının Türkiyə üçün bir mükafat ola biləcəyini deyib:

"NATO siyasəti çərçivəsində nüvə bombalarına ev sahibliyi etməsi Türkiyə üçün bir təhdiddir. Məlumdur ki, ABŞ nüvə bombalarından istifadə etdiyi anda vurulan ölkə də sizi hədəf alacaqdır. Türkiyə NATO-nun bu siyasətinə dəstək verərkən, hədəf ölkəyə çevrilir”.

General ABŞ-ın zaman-zaman nüvə silahlarını Rumıniya və Yunanıstana daşıyacağını bildirərkən yunan xalqının buna qarşı ayağa qalxıb etiraz etdiyini deyib:

"O zaman yunanlar torpaqlarında nüvə bombası istəmədiklərini dedilər. Nüvə bombası təyyarələrlə daşındığı və İncirlik məsafə baxımından hədəf ölkəyə yaxın olduğu üçün həddən artıq asanlıq yaradır. Bombaların İncirlikdə olması məsafədə 1-2 saat irəli düşmək deməkdir”. 

ABŞ-ın Türkiyənin icazəsi olmadan bu nüvə silahlarını ölkədən çıxara bilməyəcəyini xüsusilə vurğulayan Qaradaş əlavə edib ki, nüvə bombalarının daşınması üçün əvvəlcə ev sahibinin razılığı tələb olunur. Əvvəlcə yerləşdirə biləcəyi bir ölkə tapmalıdır ki, o da bu anda yoxdur. 

"Barış pınarı” hərəkatından sonra yenidən gündəmə gələn nüvə silahlarının daşınmasıyla bağlı danışan Qaradaş əlavə edib:

"Bir neçə il əvvəl Demokratlar hakimiyyətdə idilər, bəs niyə o zaman bu nüvə silahlarını aparmadılar? ABŞ-dakı müxalifət iqtidarı sıxışdırmaq üçün bu arqumentdən istifadə edir. Dövlətlər nüvə silahı ilə bağlı həmişə susmağı üstün tutar, cavab verilməz və əsasən rədd edilməz. Bu səssizliyi isə Trampın ötən günlərdə dediyi "Türkiyədəki nüvə silahların təhlükəsizliyindən əminəm” sözləri pozdu”.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930