Sergey Lavrov: "Azərbaycanla Ermənistan jurnalistlərinin qarşılıqlı səfərlərinin təşkilinə dair dialoq aparılır"

 
31-10-2019, 15:41            60 dəfə baxılıb
 
ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında mövqelərin yaxınlaşması, razılığa gəlmələri üçün səy göstərməlidir.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in baş katibi Tomas Qremingerlə Moskvada danışıqlardan sonra bildirib.

Rusiyalı nazir aprel ayında Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupu həmsədləri ilə Moskvada görüş zamanı da gərginliyi azaltmaq, etimad mühiti yaratmaq məqsədilə əsir və girovların qarşılıqlı təhvil verilməsi, habelə jurnalistlərin qarşılıqlı səfərlərini təşkil etməyin gündəmə gəldiyini xatırladıb.

Hazırda Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərləri məsələsində müəyyən ümidlər yarandığını qeyd edən S.Lavrov əsir və girovlar məsələsində vəziyyətin o qədər də yaxşı olmadığını dilə gətirərək yenə də bu istiqamətdə irəli getməyin vacibliyini vurğulayıb.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930