Rövnəq Abdullayev onları vəzifədən azad etdi - Yeni təyinatlar

 
1-11-2019, 14:29            66 dəfə baxılıb
 

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin əmri ilə bəzi vəzifələrdə dəyişikliklər olub.
Serhed.az  xəbər verir ki, bu barədə sözügedən qurumdan rəsmi məlumat verilib.
Bildirilib ki, Rövnəq Abdullayevin əmri ilə adları aşağıda qeyd edilən şəxslər tutduqları vəzifələrdən azad olunaraq, yeni vəzifələrə müvəqqəti təyin olunublar:
"Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev Qaz İxrac İdarəsinin rəisi,
"Azəriqaz” İB-nin baş direktorunun müavini Ruslan Əliyev "Azəriqaz” İstehsalat Birliyinin baş direktoru,
Qaz İxrac İdarəsinin rəisi Qağaməli Seyfullayev "Neftqaztikinti” trestinin müdiri,
Heydər Əliyev adına NEZ-in direktor müavini Füzuli Hacıyev Təhlükəsizlik İdarəsinin rəisi,
Mirkazım Abasov və Rəşad Əliyev isə SOCAR prezidentinin müşaviri vəzifəsinə təyin olunublar.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930