Gömrükçülər narkotik vasitə aşkarlayıblar

 
1-11-2019, 16:03            86 dəfə baxılıb
 
Gömrükçülər narkotik vasitə aşkarlayıblar.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Serhed.az-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İrandan piyada yolla gələn Azərbaycan vətəndaşı özünü şübhəli apardığına görə saxlanılıb və şifahi sorğu-sual olunub. O, üzərində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddələrin olmadığını bildirib. Şəxsi yoxlama zamanı isə onun üzərindəki cins şalvarının bel hissəsindən 1 bükümdə, ümumi çəkisi 2 qram olan qəhvəyi rəngli, narkotik vasitə - heroin aşkarlanıb.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930