Azərbaycanda ov günlərinin sayı artırıldı

 
1-11-2019, 17:08            1 704 dəfə baxılıb
 Ov günlərinin sayının artırılması ilə bağlı vətəndaşlar tərəfindən daxil olan müraciətlər əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyində fəaliyyət göstərən “Ov Məsələləri üzrə Elmi Koordinasiya Şurası”nın iclası keçirilib.

Bunu jurnalistlərə nazirliyin departament direktoru Hikmət Əlizadə deyib.

O bildirib ki, əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da ov fəaliyyətinə nəzarətin təşkili, heyvanat aləmi obyektlərindən istifadənin tənzimlənməsi, onların sabitliyinin bərpası məqsədilə ov günləri həftənin şənbə və bazar günləri kimi müəyyən edilib. Lakin son günlər vətəndaşlardan daxil olan müraciətlər nəzərə alınaraq, onların istirahət imkanlarının genişləndirilməsi məqsədilə həftənin şənbə və bazar günlərindən əlavə cümə gününün də ov günlərinə aid edilməsi ilə bağlı iclasda qərar qəbul olunub və rəsmiləşdirilib.(APA)

шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031