Milyarderlər müxalifət liderinin qorxusundan ölkədən qaçır

 
4-11-2019, 10:11            43 dəfə baxılıb
 
Böyük Britaniyada zənginlər qarşıdakı parlament seçkilərində leyboristlərin qalib gələcəyindən qorxaraq ölkədən qaçmağa hazırlaşırlar.

“The Guardian” xəbər verir ki, seçkilərdən sonra müxalifətdəki leyboristlərin lideri Ceremi Korbinin baş nazir postunu tutması ehtimalının yüksək olması varlıları qorxuya salıb. Onlar qorxurlar ki, Korbin hakimiyyətə gələn kimi varlılara yeni vergilər tətbiq edəcək. Nəticədə zənginlər kapitallarının bir hissəsini itirməli olacaqlar.

Qəzetin yazdığına görə Böyük Britaniyanın ən varlı alilələriin vəkilləri və mühasibləri deyiblr ki, milyoner və milyarde müştərilərinin telefon zəngləri onları boğaza yığıb. Zənginlər öz vəkillərinə və mühasiblərinə aramsız zənglər edərək sərvətlərinin başqa ölkələrə çıxarılması yollarını tapmağı xahiş edirlər. Onlar ehtiyat edir ki, leyboristlərin hökuməti varlıların 125 min funt sterlinqdən yuxarı bütün sərvətinə vergi tətbiq edəcək.


Bildirilir ki, Ceremi Korbinin hakimiyyətə gəlməsi Böyük Britaniyada Brexit-dən daha ciddi təhdid hesab edilir. “Bir çox imkanlı adamlar öz sərvətlərindən nəhəng verilər ödəmək qorxusu yaşayır və artıq Korbinin mümkün hakimiyyətinə hazırlıq görür. Sərvətlərin başqa adamların adlarına, başqa ölkələrə keçirilməsi artıq təşkil olunub, təkcə müqavilələrə imza atmaq qalır”,-Boodle Hatfield hüquq firmasının partnyoru Ceffri Todd bildirib.(Virtualaz.org)
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930