Ermənilər Kəlbəcərin yeraltı sərvətindən 55 milyon qazandı

 
4-11-2019, 10:49            53 dəfə baxılıb
 
Azərbaycan torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin qanunsuz "maliyyə qurumu”  2019-cu ilin yanvar-sentyabr aylarında 300 ən böyük vergi ödəyicisini  müəyyən edib. 

Serhed.az Moderator.az-a istinadən xəbər verir ki, Xankəndidəki erməni nəşrlərinin yaydığı məlumata görə, həmin ödəyicilər Azərbaycan torpaqlarının yeraltı-yerüstü sərvətləri hesabına separatçı rejim büdcəsinə ümumilikdə   34 milyard 72 milyon 600 min dram (təxm. 122 miilyon AZN) ödəyiblər. Ən böyük 3 vergi ödəyicisi isə "Base metals” şirkəti,  "Artsaxbank” və "Karabaxtelekom” qanunsuz mobil operatorudur. 

Əsasən Azərbaycanın Kəlbəcər rayonu ərazisində (Heyvalı, Mehmana və s. kəndləri) qızıl, mis, molibden və s. qiymətli metal yataqlarının qanunsuz istismarıyla məşğul olan "Base metals” şirkəti isə vergi ödənilməsinə görə 1-ci yerdədir.  Həmin qanunsuz qurum  separatçı rejim büdcəsinə 15 milyard 369 milyon 500 min dram(təxm. 55 milyon AZN) ödəyib... 

Bu, hələ Qarabağ, o cümlədən Kəlbəcər ərazisində fəaliyyət göstərən  yalnız bir dağ-mədən şirkətinin ödədiyidir...
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930