Gömrük Akademiyasının məzunları gömrük xidmətində işlə təmin olunurlar

 
5-11-2019, 10:43            65 dəfə baxılıb
 
Gömrük Akademiyasının məzunları gömrük xidmətində işlə təmin olunurlar

Dövlət Gömrük Komitəsinin Akademiyasını bitirən məzunlara gömrük xidmətində işləmək imkanı verilir. Akademiyanın məzunları Dövlət Gömrük Komitəsinin rəhbərliyinin müvafiq əmri ilə müsabiqədən kənar işə qəbul olunurlar.

2018/2019-cu tədris ilində Akademiyanı “Hüquqşünaslıq” və “İqtisadiyyat” ixtisası üzrə bitirən məzunların Dövlət Gömrük Komitəsinin müxtəlif struktur bölmələrində işə qəbul prosesi artıq başa çatıb.

Bununla yanaşı, 2017/2018-ci tədris ilində Akademiyanı bitirən həqiqi hərbi xidmətini başa vurmuş ilk məzunların hər biri bu il müsabiqədən kənar gömrük xidmətinə işə qəbul ediliblər.

Beləliklə, təhsilini davam etdirməyən və həqiqi hərbi xidmətini başa vurmuş Akademiyanın bütün məzunları gömrük xidməti orqanlarında işlə təmin olunublar.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930