PKK yeni oyuna əl atdı: Suriyada erməni və süryanilər də dövrəyə qoşuldu

 
5-11-2019, 11:32            90 dəfə baxılıb
 
Tel Abyad və Rəsulayndakı kilsələrdə qurduğu raketlərlə xristianları hədəfə çevirməklə Türkiyəni oyuna salmaq istəyən PKK/YPG oyunun pozulduğunu görəndən sonra yeni taktika seçib.

Qaynarinfo xəbər verir ki, terror təşkilatı, Hasekenin Tel Temr qəsəbəsində süryanilərdən təşkil edilmiş "Xristian taqımı”nı TSK və SMO-ya qarşı cəbhə xəttinə çıxarıb. Evangelist nəşr orqanı CBN də dərhal "Türkiyə və SMO xristian azlığı hədəf alır" başlıqlı xəbərlər dərc edib.

Keçən ilin aprel ayında Tel Temrdə qurulan "Nubar Ozanyan” adlı erməni batalyonu da oyuna daxil edilib. 1915-ci il hadisələrindən sonra Suriya və Livana mühacirət etmiş erməni əsillilərdən qurulmuş batalyon TSK və SMO-ya qarşı yerləşdirilib.

Batalyonun bir hissəsinin Rəsulaynda yerləşdirildiyi, lakin ABŞ ilə əldə edilən razılaşmadan sonra Tel Temr xəttinə çəkildiyi məlum olub. Beləliklə, Suriyanın şimalında qurulması planlaşdırılan terror dövlətinin ən böyük dəstəkçisi olan amerikalı evagelistlər də PKK ilə birləşmiş olub. 

Evangelist nəşr orqanı CBN verdiyi xəbərlərdə Prezident Rəcəb Tayyib Ərdoğan birbaşa hədəf göstərilərək "Ərdoğanın hücumları üzündən Suriyanın şimal-şərqindəki 150.000 xristian sürgünlə üz-üzə” kimi iddia irəli sürüb. 

Həftədə 2 dəfə nəşr edilən ABŞ Müdafiə jurnalı "National Review” də Türkiyəni hədəf alıb. Jurnal Türkiyənin ABŞ və Rusiya ilə əldə etdiyi razılaşmaya baxmayaraq, xiristian kəndlərini hədəf aldığını iddia edib. Xəbərdə ayrıca ABŞ və Avropaya çağırış edilərək Türkiyənin dayandırılması istənilib.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930