Müdafiə Nazirliyi “Açıq qapı” günü elan etdi

 
5-11-2019, 14:23            39 dəfə baxılıb
 

Noyabrın 9-da Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun tabeçiliyində olan hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü, eləcə də təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi təşkil olunacaq.

 

Müdafiə Nazirliyindən Serhed.az-a verilən məlumata görə, həmin gün əsgər yaxınları, ictimaiyyət nümayəndələri hərbi hissələrdə yaradılan məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər.

 

“Açıq qapı” günü çərçivəsində hərbi hissələrin komandanlığının valideynlərlə görüşləri keçiriləcək, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, Dövlət Bayrağı Günü münasibətilə konsert proqramları və digər mədəni-kütləvi tədbirlər təşkil olunacaq.

шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930