Tərtər çayında təhlükəli döyüş sursatları aşkar olunub

 
7-11-2019, 09:48            46 dəfə baxılıb
 
Tərtər çayının Bərdə rayonu ərazisindən keçən hissəsində, dəmiryolu körpüsünün altında partlayıcı qurğuya oxşar əşya tapılıb.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən Serhed.az-a verilən məlumata əsasən, by barədə məlumat Daxili İşlər Nazirliyinin Yevlax Xətt Polis Şöbəsindən daxil olub.
Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib və adı qeyd olunmuş əraziyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd RQD-5 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 1 ədəd 14.5 mm-lik patron və 5 ədəd tərkibində heç bir partlayıcı maddə olmayan top mərmisinin gilizi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930