Bakı metrosunda diferensial ödəniş sistemi tətbiq oluna bilər

 
8-11-2019, 16:43            38 dəfə baxılıb
 
Gələcəkdə, Bakı metrosunda nəzərdə tutulan 76 stansiyasının tikintisi başa çatdırandan sonra diferensial ödəniş sistemi tətbiq oluna bilər. 
Redaktor.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin baş mühəndisi Əlixan Osmanov deyib.
Onun sözlərinə görə, bu gün isə Bakı metrosu o qədər də uzun mənzilli metropoliten deyil ki, orada bu sistem tətbiq olunsun.
“Bu gün bu, əhəmiyyətsizdir, çünki sərnişinlərin əksəriyyəti eyni məsafəni gedir” - deyə Ə. Osmanov qeyd edib.
QSC-nin baş mühəndisi metroda gediş haqqının dəyişməsinə dair fikir bildirərək qeyd edib ki, yaxın vaxtlarda gediş haqqının artırılması gözlənilmir: “Bakı metropoliteni MDB ölkələri daxilində, dünya metropolitenləri daxilində gediş haqqına görə ən ucuz metropolitendir. Bu gün təyin olunan 0,30 manat gediş haqqı bir sərnişinə çəkilən xərcin 60%-ni təşkil edir”.//Apa.az
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930