Suriya sərhədi yaxınlığında hərbi bazaya edilən hücumda onlarla İraq döyüşçüsü öldürülüb

 
30-12-2019, 09:06            72 dəfə baxılıb
 
İraqda dronların hərbi bazaya hücumu zamanı onlarla “əl-Haşd əl-Şaabi” şiə qruplaşmasının döyüşçüsü həyatını itirib, 10 nəfər isə yaralanıb.
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.
Yerli mətbuatda yayılan məlumatlara görə, dronlar İraqda yerləşən Hizbullah qrupunun bazasına hücum edib.
Qeyd edək ki, bir gün əvvəl mediada ABŞ dövlət katibi Mayk Pompeonun İraqa elan olunmamış səfərə gəldiyi barədə məlumat yayılıb. Həmin gün ABŞ Dövlət Departamentinin rəhbəri ABŞ-ın Anbar əyalətində yerləşən “Ayn-al-Asad” hərbi bazasına baş çəkib.
Pompeonun səfəri qonşu Kərkük əyalətində yerləşən digər ABŞ hərbi bazasına atəş açıldıqdan  bir gün sonraya təsadüf edib. Cümə günü ABŞ Mərkəzi Komandanlığı İraqın Kərkük şəhəri yaxınlığındakı hərbi bazanın raket atəşinə tutulduğunu, bir amerikalı podratçının öldüyünü və bir neçə əsgərin yaralandığını açıqlamışdı.
 
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031