Magistratura üzrə yeni ixtisaslar yaradılıb

 
30-01-2020, 21:52            93 dəfə baxılıb
 

Nazirlər Kabineti “Ali təhsilin magistratura səviyyəsi üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda dəyişiklik edib.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən ali təhsilin magistratura səviyyəsində "Təbiət ixtisasları qrupu” bölməsinə yeni Dövlət informasiya sistemlərinin təhlükəsizliyi və Rəqəmsal hökumət, "Texniki və texnoloji ixtisaslar qrupu” bölməsinə Neft-qaz çıxarmada nanotexnologiya, Süni intellekt, Məsafədən müşahidə, "Səhiyyə, rifah və xidmət ixtisasları qrupu” bölməsinə Dərman preparatlarının keyfiyyətinin təminatı ixtisasları əlavə edilib.шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829