Azərbaycanlı alimlərin yeni elmi ixtirası patentləşdirilib

 
31-01-2020, 11:38            170 dəfə baxılıb
Azərbaycan alimləri ilk dəfə olaraq vulkan palçığı xammalı əsasında kompleks gübrə əldə ediblər.
Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) Serhed.aza bildirilib ki, Geologiya və Geofizika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov, Palçıq vulkanizmi şöbəsinin müdiri, prof. Adil Əliyev, həmin şöbənin aparıcı elmi işçisi, Yer elmləri üzrə fəlsəfə doktoru Orxan Abbasov, Geoekologiya şöbəsinin baş elmi işçisi, prof. Mirəli Alosmanov, eləcə də AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutu və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əməkdaşlarının birgə ərsəyə gətirdiyi elmi ixtira Əqli Mülkiyyət Agentliyi tərəfindən patentləşdirilib.
Həmmüəlliflər üzvi-mineral kompleksin hazırlanması texnologiyası üçün vulkan palçığı ilə yanaşı, istehsalat tullantılarından da istifadə ediblər. Hazırlanmış gübrənin müxtəlif torpaqlarla əlaqəli variantlarının tətbiqi onların bitkilərin inkişafına müsbət təsirini təsdiqləyib.
Hazırda elmi ixtiranın nəticələrinin tətbiqi, o cümlədən alınmış üzvi-mineral kompleksin kənd təsərrüfatı sahələrində istifadəsi ilə bağlı tədbirlər görülür.шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829