Şəhid adını daşıyan küçə baxımsız vəziyyətdə - FOTO

 
31-01-2020, 15:29            115 dəfə baxılıb
 
Abşeron rayonu Ceyranbatan qəsəbəsinin yolları pis vəziyyətdədir.
Bu barədə qəsəbə sakinləri Oxu.Az-a məlumat verib.
Sakinlərin sözlərinə görə, sözügedən küçə Qarabağ şəhidi Əvəz Paşayevin adını daşıyır.
Şəhidin adını daşıyan küçənin bu vəziyyətdə olması sakinləri ciddi narahat edir. Onlar deyir ki, uşaqlar hər gün bu küçə ilə məktəbə gedib-gəlmək məcburiyyətində qalırlar.
Məlumatda qeyd olunub ki, vətəndaşlar bununla bağlı aidiyyəti orqanlara müraciət etsələr də, şəhidin adını daşıyan küçənin bərpası ilə bağlı hələ də heç bir tədbir görülməyib.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829