Peşə Təhsil Mərkəzinin tələbələri “Bir tələbə - bir fermer” layihəsinə qoşulacaq

 
3-02-2020, 12:51            69 dəfə baxılıb
 
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində işəgötürənlərlə duala bənzər peşə təhsili və təliminin təşkili və həyata keçirilməsi məqsədilə yaradılmış Koordinasiya Şurasının birinci iclası keçirilib.
Peşə Təhsil Mərkəzindən AZƏRTAC-a bildirilib ki, iclasda dual peşə təhsili və təliminin təşkili və inkişaf etdirilməsi üzrə təkliflər hazırlanması, şirkətdaxili təlimçilərin hazırlanması üzrə təkliflər, peşə təhsilli tələbələrinin işəgötürən müəssisələrin iş yerlərində maraqlarının təmin edilməsi, şirkətlərin məktəbdə guşələrinin yaradılması məsələləri müzakirə olunub.
Sonda peşə təhsili və təliminə qoşulacaq müəssisə və şirkətlərin sayının artırılması, “Bir tələbə - bir fermer” layihəsinə qoşulmaq üçün işəgötürənlərin cəlb edilməsi, məktəb kuratorlarının və müəllimlərinin təcrübə keçmələrinin səmərəli təşkili üçün şərait yaradılması, şirkətdaxili təlimçilərin məktəbə cəlb olunması və digər məsələlərlə bağlı qərarlar qəbul olunub.
Xatırladaq ki, “Qəbələ, Qax və İsmayıllı rayonlarında kənd təsərrüfatı və turizm sahələrində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsi Avropa İttifaqı ilə Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşir və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən icra olunur. Layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında yerləşən 3 pilot peşə məktəbində Almaniyanın duala bənzər peşə təhsili və təlimi yanaşmasının tətbiqi ilə kənd təsərrüfatı və turizm sahələrində peşə təhsili və təliminin cəlbediciliyini artırmaq və əmək bazarına uyğunluğunu təmin etməkdir.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829