Seçki dairələrində müşahidə üçün müraciət müddəti başa çatıb

 
3-02-2020, 18:29            78 dəfə baxılıb
 
Milli Məclisə növbədənkənar seçkilərlə bağlı müəyyən seçki dairəsinin hüdudlarında müşahidə aparılması üçün ərizələrin müvafiq dairə seçki komissiyasına (DSK) təqdim edilməsi prosesi başa çatıb.
Serhed.az Mərkəzi Seçki Komissiyasının saytına istinadən verdiyi məlumata görə, Seçki Məcəlləsinin 1.1.19, 40.4, 40.5, 40.7-ci maddələrinə əsasən, aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (öz təşəbbüsü ilə, qeydə alınmış  namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında) tərəfindən müəyyən seçki dairəsinin hüdudlarında müşahidə aparılması üçün ərizələrin müvafiq DSK-ya təqdim edilməsi prosesi seçkilərin təyin edilməsi haqqında sərəncamın rəsmi dərc olunduğu gündən başlayaraq seçkilərin keçirilməsinə 5 gün qalanadək başa çatmalıdır.
Milli Məclisə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərlə bağlı bu müddət fevralın 4-dək, yəni 3 fevral saat 18:00-dək olan dövrü əhatə edib.
Seçki Məcəlləsinin 40.7-ci maddəsinə əsasən, DSK-lar ərizənin komissiyaya verildiyi tarixdən başlayaraq 2 gün müddətində müşahidəçilərin qeydə alınması ilə bağlı qərar qəbul etməlidir.
Qeyd edək ki, ötən dövr ərzində 61502 müşahidəçi DSK-larda müşahidə aparmaq üçün qeydiyyatdan keçib. Qeydiyyat prosesi fevralın 6-dək davam edəcək.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829