Vəkillərə hüquqi yardımla əlaqədar vəsait ödənilməsi qaydası dəyişib

 
3-02-2020, 22:06            53 dəfə baxılıb
 

Nazirlər Kabineti “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarında dəyişiklik edib.
APA-nın məlumatına görə, qüvvədə olan qərara əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa, şübhəli və ya təqsirləndirilən şəxs müdafiəçidən imtina etdikdə və bu imtina cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmədikdə, o cümlədən xüsusi ittihamçının nümayəndəsi və ölmüş zərər çəkmiş şəxsin hüquqi varisinə hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilib.
Cinayət mühakimə icraatı zamanı tərcüməçi tərəfindən görülən işin haqqı bu iş cinayət prosesini həyata keçirən orqanın tələbi ilə yerinə yetirildikdə, hər iş saatı üçün 0,35 manat, cinayət mühakimə icraatı zamanı mütəxəssis və ya ekspert tərəfindən görülən işin haqqı bu iş cinayət prosesini həyata keçirən orqanın tələbi ilə yerinə yetirildikdə isə hər iş saatı üçün 0,35 manat məbləğində müəyyən olunub.шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829