Dünyanən ən güclü orduları: Azərbaycanın iki müttfəfiqi bu siyahıda yer alır

 
4-02-2020, 16:20            60 dəfə baxılıb
 
2020-ci il üçün dünyada ən güclü orduya malik dövlətlərin statistikası açıqlanıb.
ABŞ-da yerləşən "Qlobal Firepower" araşdırma şirkəti tərəfindən hazırlanan hesabatda Türk Silahlı Qüvvələri dünyanın ən güclü 13-cü ordusu hesab olunub.
"Qlobal Firepower" ümumilikdə 138 arasında araşdırma aparıb. Araşdırmanın nəticələrinə əsasən, Ordusu güclü olan ilk 15 dövləti təqdim edirik:
Pakistan ordusu dünyada 15-ci ən güclü ordudur. Hərbçi sayı 1 milyon 204 min olan bu ordunun 372 ədəd qırıcısı, 356 zirehli texnikası var.
Qonşu İran dünyanın ən güclü 14-cü ordusuna sahibdir. Müdafiə büdcəsi 19,6 milyard dollardır. 873 min hərbi personalı var. 509 ədəd qırıcı, helikopter və dron parkına sahibdir.
Qardaş Türkiyə 19 milyard hərbi büdcə ilə dünyanın 13-cü güclü ordusuna məxsusdur. 735 min hərbçisi olan Türkiyənin mindən çox hərbi təyyarəsi, helikopteri və dronu var. Qırıcılarının sayı 200-dən çoxdur. 2622 ədəd tank və zirehli texnikası var.
Dünyanın 12-ci güclü ordusuna Almaniya məxsusdur. 50 milyard dollarlıq hərbi büdcəsi olan alman ordusunun sayı 212 min nəfərdir. 712 ədəd təyyarə, helikopter və drona sahibdir. 128 ədəd qırıcısı, 245 ədəd tankı var.
İtaliya ordusu siyahıda 11-ci yerdədir. 27,8 milyard dollarlıq hərbi büdcəyə malikdir, 357 min hərbçisi var. Hərbi hava qüvvələrinin parkında 860 (təyyarə, helikopter, dron) ədəd texnikası var.
Misir ordusu dünyanın ən güclü 10-cu ordusu sayılır. 11,2 milyard dollarlıq hərbi büdcəsi, 920 min nəfərlik hərbi personalı 1054 ədəd təyyarə və qırıcıya sahibdir.
27,8 milyard dollarlıq hərbi büdcəyə sahib olan Braziliya Silahlı Qüvvələri dünyanın 9-cu ordusu sayılır. 1 milyon 674 min əsgəri var. 715 ədəd təyyarə və helikoterə məxsusdur. Quru qoşunlarının balansında 437 tank var.
Birləşmiş Krallıq ordusuna 55 milyard dollar ayırır. 275 minlik ordu saxlayır. 733 ədəd qırıcı, helikopter və dorn parkına məxsusdur. 227 ədəd tankı, 88 ədəd hərbi gəmisi var.
Fransa ordusu ilə 41,5 milyard dollar xərcləyir və dünyanın 7-ci güclü ordusuna sahibdir. 451 min əsgəri olan fransız ordusunun 1299 ədəd hava qüvvəsi, 528 ədəd tankı və hərbi donanmasının 180 gəmisi var.
Cənubi Koreya hər il ordusuna 44 milyard dollar ayırır və 6-cı güclü orduya məxsusdur. Hərbi hava qüvvələrinin 1649 ədəd təyyarə və helikopteri, dronları, 2614 ədəd isə tankı var. Donanmasında 234 ədəd silah və gəmisi mövqe tutur.
Yaponiya siyahıda 5-ci yerdədir. Hərbi büdcəsi 49 milyard dollardır. 303 min hərbi personalı, 1561 ədəd qırıcısı, təyyarəsi, helikopteri və dronu var. 1004 ədəd tankı, 155 ədədlik donanma gəmi parkına sahibdir.
Hindistan 4-cü güclü orduya malikdir, ildə bu orduya 61 milyard dollar xərcləyir. 3 milyon 544 minlik hərbçisi olan ordunun 2123 ədəd təyyarə, helikopter və dronu var. Tanklarının sayı 4292 ədəddir. Hərbi donanmasında texnika sayı isə 285-dən az deyil.
Hazırda koronavirus qarşısında aciz olan Çin ordusu dünyanın 3-cü güclü hərbi gücü sayılır. İldə 237 milyard dollar hərbi sahəyə maliyyə ayıran Çinin Silahlı Qüvvələrinin sayı 2 milyon 693 min nəfərdir. 3210 ədəd qırıcısı, helikopteri və dronu var. 3500 ədəd tank parkına sahibdir. Hərbi donanmasının ixtiyarında 777 ədəd gəmi və texnika yer alıb.
Rusiya dünyanın ikinci güclü ordusu ilə qürrələnə bilər. 3 milyon 13 min nəfərlik hərbi personalına ildə 48 milyard dollar xərcləyir. 4163 ədəd təyyarə, helikoper və dron gücünə malikdir. 12950 ədəd tankı var. Hərbi donanmasının parkında 6-3 ədəd gəmi və silah dayanır.
Ən güclü orduya 750 milyard dollar hərbi büdcə, 2 milyon 260 min əsgəri heyəti ilə ABŞ başçılıq edir. Hərbi hava qüvvələrinin 13264 ədəd texnikası (təyyarə, qırıcı, helikopter, dron)var. Qırıcılarının sayı 2 mindən çoxdur. 7 minə yaxın tankı, 490 ədəd hərbi gəmisi var.






шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829