Avropa İttifaqı da “Əsrin sövdələşməsini” rədd etdi

 
4-02-2020, 22:28            77 dəfə baxılıb
 
İsrail-Fələstin münaqişəsinin həlli üçün ABŞ-ın təqdim etdiyi “Əsrin sövdələşməsini” planı Avropa İttifaqı (Aİ) tərəfindən də qəbul olunmayıb.
AZƏRTAC xəbər verir ki, İrana səfərindən sonra bu bəyanatla Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Cozef Borelli çıxış edib.
Onun yaydığı yazılı bəyanatda bildirilir ki, Avropa İttifaqı İordan çayının Qərb sahilinin İsrailin tərkibində qalmasını qəbul etmir. Qurum 1967-ci ildən sonra İsrailin zəbt etdiyi ərazilər üzərindəki suverenliyini tanımır.
Bununla yanaşı, C.Borelli bildirib ki, Aİ ABŞ-la NATO çərçivəsində əməkdaşlığını davam etdirəcək və İsrail-Fələstin münaqişəsinin həlli üçün səylərini artıracaq. Bu istiqamətdə irəli sürülən sülh təşəbbüsləri Aİ tərəfindən dəstəklənəcək. Hələlik ABŞ sensasiya xarakteri daşıyan bu bəyanata cavab verməyib.
Xatırladaq ki, yanvarın 28-də ABŞ Prezidenti Donald Tramp İsrail-Fələstin münaqişəsinin həll edilməsi üçün “Əsrin sövdələşməsi” adlı plan təqdim edib. Bu plan ərəb dünyasında birmənalı qarşılanmayıb. Türkiyə, İran, Livan, Yəmən, İraq və Bəhreyndə D.Trampın planının əleyhinə kütləvi aksiyalar keçirilib. Bununla yanaşı, Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatı da təcili toplantı keçirərək, planın qəbuledilməz olduğunu bəyan etdilər. Bu təşkilatların ardınca isə Avropa İttifaqı plana mənfi münasibətini bildirib.
Bütün bunlar onu deməyə əsas verir ki, Yaxın Şərqdəki silahlı münaqişələr hələ uzun müddət davam edəcək.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829