BMT-nin Baş katibi: "Artıq Təhlükəsizlik Şurasının qətnamələrinə riayət edilmir"

 
5-02-2020, 08:11            74 dəfə baxılıb
 

BMT Baş katibi Antoniu Quterreş Liviya, Yəmən və Suriyada eskalasiya vəziyyətinin bərpa olunduğunu elan edib.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə o, mətbuat konfransında deyib.
“Liviyadan, Yəməndən Suriyaya qədər və daha da ətrafa – eskalasiya vəziyyəti qayıdır. Silahlar işə düşür. Hücumlar artır”, - deyə Quterreş narahatlıqla bildirib.
O qeyd edib ki, “bütün vəziyyətlərin fərqli olmasına baxmayaraq, artan qeyri-sabitlik və gərginlik hiss olunur” ki, bu da vəziyyəti daha xoşagəlməz və idarəolunmaz hala gətirir, bununla da kritik səhv riski artır: “Artıq Təhlükəsizlik Şurasının qətnamələrinə riayət olunması onun mürəkkəbi quruyanadək davam edir”.шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829