Azərbaycanda qan qıtlığı yaranıb? - AÇIQLAMA

 
5-02-2020, 15:44            50 dəfə baxılıb
 
“Bu dəfə vaxtından əvvəl təcili qan lazım oldu. Mən də Kazım bəyə dedim bunu qabağa sal, camaatı dəvət elə. İndi sayımızı az görürəm. Kazım bəy mənə dedi ki, fabriklər yoldadır, gəlirlər və çoxlu qan verəcəklər”.
"Report" xəbər verir ki, bunu bu gün keçirilən qanvermə aksiyasında çıxış edən "Azərsun Holdinq" MMC-nin prezidenti Abdolbari Goozal deyib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum Azərbaycanda qanvermə aksiyası keçirilən ilk təşkilat olub: “O vaxt mənə dedilər ki, Azərbaycan Türkiyədən qan xahiş edir. Mən də dedim ki, Türkiyənin əhalisi çoxdursa, xəstəsi də çoxdur. Azərbaycan özü öz övladlarına qan verə bilər. İlk olaraq biz qanvermə aksiyası keçirdik. Daha sonra SOCAR və digər təşkilatlar da bu aksiyaya qoşuldu. Mən sizi əmin edirəm ki, əgər Azərbaycanda əksər insanlar qan versə o zaman qan bankında yer olmaz. Həqiqətən başa düşmürəm ki, bizim insanlar niyə qan vermək istəmirlər? Demək imkan var, amma o imkanı istifadə etmirlər. Amma bu imkanlardan istifadə edən insanları təbrik edirəm. Onlar həqiqətən də insani vəzifəni yerinə yetirirlər. Biz bu gün bu xidməti göstərməklə insanlığımızı göstəririk".
“Report”un “Hər il may ayında keçirilən qanvermə aksiyasını niyə ertələdiniz?” sualına cavabında isə A.Goozal deyib ki, buna səbəb Mərkəzi Qan Bankının qana təcili ehtiyacının olmasıdır: “Bu bizim istəyimizlə olmadı. Mərkəzi Qan Bankı bizə müraciət etdi, ehtiyacımız var dedi və biz də qanverməyə razılıq verdik. Ona görə də qabağa saldıq, dedik ki, dərhal qan verək. Bu "Azərsun" olaraq bizim üçün böyük bir şərəfdir. Dedilər qana ehtiyac var. Yoxsa bizim öz normal proqramımız var idi. Normalda 6 ayda bir dəfə olmalıdır. Mənə görə, təbii biz sağlam insanların da sağlığını təhlükəyə ata bilmərik. Onu biz doktorlarla məsləhətləşəcəyik və imkan olduğu qədər bu işimizi davam etdirəcəyik”.
Mərkəzi Qan Bankının müdir müavini Namidə Abbasova isə "Report"a açıqlamasında bildirib ki, qurumun kifayət qədər qan ehtiyatı var.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829