Ədliyyə orqanlarında işləmək istəyənlərin nəzərinə

 
5-02-2020, 15:55            54 dəfə baxılıb
 
Ədliyyə Nazirliyinin yerli icra və probasiya, həmçinin qeydiyyat qurumları üzrə (Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla) vakant ştat vahidlərinin hazırlıqlı hüquqşünaslarla komplektləşdirilməsi məqsədilə elan edilmiş müsabiqə üzrə ərizələrin qəbulu davam edir. "Olaylar"ın məlumatına görə, bununla əlaqədar "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunun tələblərinə cavab verən və Nazirliyin göstərilən yerli ədliyyə sahələrində işləmək istəyən ali hüquq təhsilli Azərbaycan Respublikasının vətəndaşları müsabiqəyə dəvət olunurlar.
Arzu edənlər Nazirliyin internet səhifəsindən (www.exidmet.justice.gov.az) və ya "Elektron hökumət" portalından (www.e-gov.az) "Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün namizədin qeydə alınması" adlı elektron xidmət vasitəsilə ərizə formasını doldurmalı və təsdiq etməlidirlər. Ərizələr poçt vasitəsilə də göndərilə bilər. Əlavə məlumatları (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlar vasitəsilə əldə etmək mümkündür.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829