“Neftçi”nin taleyi italiyalılara tapşırıldı

 
11-08-2019, 18:01            37 dəfə baxılıb
 
UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində “Neftçi”nin İsrailin “Bney Yehuda” klubuna qarşı keçirəcəyi cavab matçının hakimləri müəyyənləşib.

Oxu.Az xəbər verir ki, qitənin ali futbol qurumu bu qarşılaşmanı İtaliyadan olan hakimlər briqadasına həvalə edib.

Görüşün baş hakimi Daniele Doveri olacaq.

Ona yan xətt hakimləri Alessandro Kostanzo və Alessio Tolfo kömək edəcək.

Dördüncü hakim funksiyasını isə Fabritsio Paska yerinə yetirəcək.

Hakimlərin işinə Fransadan olan Stefane Lannoy qiymət verəcək. UEFA nümayəndəsi isə Tarqo Kaldoja (Estoniya) olacaq.

Qeyd edək ki, avqustun 15-də Petak Tikva şəhərindəki “Ha Moşava” stadionunda keçiriləcək “Bney Yehuda” – “Neftçi” görüşünə Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Bu komandalar arasında Bakıda baş tutan ilk oyunda məhsuldar heç-heçə qeydə alınıb – 2:2.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031