"Qarabağ" APOEL-ə qarşı

 
13-08-2019, 10:23            31 dəfə baxılıb
 
Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulacaq.

Qol.az xəbər verir ki, təmsilçimiz “Qarabağ” da mərhələnin cavab oyununa çıxacaq. Qurban Qurbanovun komandası Bakıda APOEL-i qəbul edəcək. 

Kiprdə keçirilən ilk görüşdə 2:1 hesablı qələbə qazanan Ağdam təsmilçisi pley-offa vəsiqə üçün yaxşı şans əldə edib.

Qeyd edək ki, “Qarabağ” mərhələni keçsə, pley-offda PAOK – “Ayaks” cütünün qalibi ilə qarşılaşacaq. “Atlılar” APOEL-i mübarizədən kənarlaşıdırsa, pley-offa yüksəlməklə yanaşı, ən azı Avropa Liqasının qrup mərhələsinə vəsiqəni də təmin edəcək. Mərhələni APOEL-in keçəcəyi təqdirdə isə “Qarabağ” mübarizəni Avroliqanın pley-offunda davam etdirəcək.


13 avqust

Çempionlar Liqası

3-cü təsnifat mərhələsinin cavab oyunu
 
20:30. "Qarabağ" (Azərbaycan) – APOEL (Kipr)
Hakimlər:
 Daniel Sibert, Yan Seydel, Lasse Koslovski, Martin Petersen (Almaniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun - 2:1шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031