Taxıllar sahələrdə məhv olur, məmur yalan danışır və şantaj edir - Zərdabdan şikayətlər gəlir

 
24-06-2018, 19:04            641 dəfə baxılıb
 Artıq iyunun son günləri yaxınlaşır. Şahidi olduğumuz Zərdab rayonun Yuxarı Seyidlər  və Sileyli kəndlərində yaşayan əhali olduqca narahatlıq içindədir. Min bir əziyyətlə yetişdirdikləri  buğda və arpa məhsullarının əksəriyyəti hələ də sahələrdə biçilməmiş  qalmaqdadır. Sorğularımızdan aydın oldu ki, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev   bu sahədə heç bir qabaqlayıcı tədbir həyata keçirmir. Onların bizə cavabı bu oldu: Nə edə bilərik? Rayonun 42 kəndi var, servisdə isə 13 konbayn. Bundan sonra Zərdab Rayon Texniki  Servis xidmətinin rəisi cənab Həmzə bəyin telefonuna zəng edib, özümüzü təqdim etdik. O, bu kəndlərdə kombaynlarının işlədiyini bildirdi. Kəndlilər isə onun yalan danışdığını dedilər. Biz Həmzə bəyə: buralarda heç bir kombaynın olmadığını nəzərinə çatdıranda o, dedi:  yazmağa mövzu tapmırsız?!  Biz isə, rəis! Jurnalist üçün əsl mövzu budur söyləmək istəyirdik ki, o, üzümüzə telefonu qapadı. Az keçmədi, Həmzə bəyin zəngi gəldi və nədi? Siz, orada katalızatorluq edirsiz deyib, bizi təhqir və şantaj etdi. Məcbur olduq ki,  biz, bu rayonun 11 şəhəd verən  bu kənd sakinlərinin  çətinliklərini ölkə rəhbərliyinə çatdıraq. Məcbur olduq ki, cənab məmurlara deyək: Hər jurnalist reket, katalizator olmur. Katalizator o şəxslərdir ki, ölkə rəhbərini aldadır, yalan məlumat verir, vətəndaşı dövlətindən narazı salır. Əsl jurnalist isə xalqın güzgüsüdür. Əsl jurnalist öz qələmi ilə   qaranlıqlara aydınlıq gətirməyə çalışan, nöqsanları ardan qaldırmaq üçün vaxtında ictimailəşdirən, həqiqətləri olduğu kimi yaza bilən,  vətəninə, dövlətinə və ölkə rəhbərinə  dəstək olandır.шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031