Binəqədi kəndi haqda kitab işıq üzü görüb

 
29-06-2018, 09:47            860 dəfə baxılıb
 “Avropa” nəşriyyatında AMEA Rəyasət Heyətinin İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin Mətbuat orqanları şöbəsinin aparıcı mütəxəssisi Orxan İsayevin “Binəqədi: yaddaşlarda yaşayan tarix” adlı kitabı işıq üzü görüb. 

  Serhed.az-ın Kitabda Abşeronun ən qədim kəndlərindən biri olan Binəqədinin tarixi və dini abidələri, adət-ənənələri və burada məskunlaşan tayfalar haqda məlumatlar yer alıb. Müəllif bu kitabda tarixi faktlarla yanaşı, yaşlı kənd sakinlərinin xatirələrində olan və uzun illər yaddaşlarda yaşayan hadisələri də qələmə almışdır.

  Kitabda həmçinin vaxtı ilə Binəqədi kəndində yaşamış nüfuzlu insanlar, alimlər, bəylər, neftxudalar və s. bu kimi şəxsiyyətlər haqda da geniş məlumatlar öz əksini tapmışdır. Kitabın məsləhətçisi tarix elmləri doktoru, professor Ziyadxan Nəbibəyli, redaktoru AMEA Rəyasət Heyətinin İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin Mətbuat orqanları şöbəsinin aparıcı mütəxəssisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Sərvan Kərimovdur.шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031