ATƏT Əliyevlə Paşinyanın görüşü haqda bəyanat yaydı

 
30-03-2019, 21:54            148 dəfə baxılıb
 
“Qafqazinfo” xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun həmsədrlərinin birgə bəyanatında deyilir.
Qeyd edilir ki, İlham Əliyevlə Nikol Paşinyan Vyanada Minsk qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti və Endryu Şoferin iştirakı ilə görüş keçiriblər. Görüşdə, həmçinin, xarici işlər nazirləri Elmar Məmmədyarov, Zohrab Mnatsakanyan, ATƏT-in şəxsi nümayəndəsi Anjey Kasprişik iştirak edib.
Bəyanatda deyilir:
“Görüş pozitiv və konstruktiv şəraitdə keçib, hər iki liderə öz mövqeyini aydınlaşdırmaq imkanı verib. Onlar tənzimlənmə prosesi üzrə əsas məsələlər haqda fikir mübadiləsi aparıblar. Hər iki lider sülh şəraiti vəziyyətinin yaradılması və münaqişənin dinc yolla həlli yollarının tapılması üçün konkret və qəti addımlar atılmasının əhəmiyyətini vurğulayıblar.
Tərəflər Düşənbə danışıqlarını xatırlayaraq atəşkəs rejiminin qorunub-saxlanılmasının vacibliyini vurğulayıblar. Həmçinin, humanitar sahədə bir sıra tədbirlərin hazırlanması barədə razılığa gəliblər.
Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan öz ölkələrinin xarici işlər nazirlərinə yaxın gələcəkdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə yenidən görüşməyi tapşırıblar. Onlar birbaşa dialoqu davam etdirmək barədə də razılığa gəliblər”.шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930