Güləşçimiz Şərif Şərifov Avropa çempionu olub

 
10-04-2019, 21:53            103 dəfə baxılıb
 

Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatının qalibi olub.
AZƏRTAC xəbər verir ki, çempionatda 92 kiloqram çəki dərəcəsində çıxış edən Olimpiya çempionumuz mübarizəyə 1/4 finaldan başlayıb. Ş.Şərifov Rusiya nümayəndəsini üstələyərək yarımfinala yüksəlib. Gürcüstan pəhləvanına da öz gücünü göstərən təmsilçimiz ardıcıl ikinci, ümumilikdə üçüncü dəfə qitə birinciliyinin finalına yüksəlib. Həlledici görüşdə polşalı rəqibini məğlub edən Ş.Şərifov üçüncü dəfə Avropa çempionu olub.
Bir gün əvvəl Hacı Əliyev (65 kq), Cəbrayıl Həsənov (79 kq) qızıl, Ağahüseyn Mustafayev (70 kq) gümüş, Mahir Əmiraslanov (57 kq) və Nurməhəmməd Hacıyev (97 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, sərbəst güləş üzrə Azərbaycan millisi Avropa çempionatını 3 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub.шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930