Paşinyan Strasburqda fikrini dəyişdi: “Bizə müharibə yox, sülh lazımdır”

 
11-04-2019, 15:07            102 dəfə baxılıb
 
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti ilə Vyanada keçirdiyi ilk rəsmi görüşdən cəmi 3 saat sonra müdafiə naziri David Tonoyanın verdiyi “yeni ərazilərin işğalı üçün yeni müharibə” açıqlamasında və Tonoyanın bu bəyanatını dəstəkləməsində sülhlə nizamlanma üçün heç bir ziddiyyət görmür.

Bu barədə Paşinyan Strasburqa səfəri çərçivəsində Avropa Şurasının baş katibi Turbyorn Yaqlandla görüşdən sonra keçirdikləri birgə mətbuat konfransında deyib. 

İrəvanda olarkən Azərbaycana qarşı müharibə çağırışı edən və destruktiv bəyantları ilə Dağlıq Qarabağ münaqişəsinin sülhlə nizamlanmasına kölgə salan Paşinyan Strasburqda özünü avropalılara “sülhpərvər” imicdə göstərməyə çalışıb. Bu mənada o, fikirlərində bir qədər dəyişiklik edib. 

“Səslənən ifadələr sadəcə mövcud vəziyyətin şərhidir. Ermənistan tərəfinin yeganə təklifi bir-birimizə qarşı güc tətbiqi ilə müraciət etməyi dayandırmaqdır. Biz Ermənistanla Azərbaycan arasındakı münasibətlərdə təhdid dilindən istifadəni dayandırmalıyıq. Və bizim məqsədimiz cəmiyyətlərimizi müharibəyə yox, sülhə hazırlamaqdır. Əgər biz bunu etsək, onda bizdə tamam fərqli vəziyyət olacaq”, – Paşinyan deyib. (azvision.az)

шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930