“Ermənistan narkotrafikə və digər cinayətlərə şərait yaradır” - Baş nazir

 
15-04-2019, 13:09            154 dəfə baxılıb
 
"Dünya ictimaiyyəti hərbi münaqişə zonalarından narkotiklərin qanunsuz dövriyyəsi üçün istifadə olunmasından narahatlıq hissi keçirir. Azərbaycan da belə bir problemlə üzləşib. 25 ildən çoxdur Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağ və ətraf 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib".

Moderator.az xəbər verir ki, bunu Baş nazir Novruz Məmmədov Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransda çıxışı zaman deyib. 

Baş nazir bildirib ki, Azərbaycanın işğal altındakı ərazilərindən narkotik vasitələrin istehsalı və tranzit üçün istifadə edilməsi narkobiznesin və beynəlxalq terrorizmin genişlənməsinə münbit şərait yaradır: 

“Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizə cəlb edilən şirkətlərin qanunsuz iqtisadi fəaliyyəti işğalın davam etdirilməsinə, eləcə də narkotrafikə və digər cinayət hallarına şərait yaradır. Bu halların aradan qaldırılması üçün işğal olunmuş ərazilərdə iqtisadi-maliyyə fəaliyyətlərinin, pul köçürmələrinin, sərmayə yatırımlarının qarşısı alınmalıdır. Azərbaycan tərəfindən sözügedən vəziyyətə nəzarət edilməsi məqsədilə müvafiq "qara siyahı"lar tərtib olunub. Bununla bağlı Azərbaycan işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətə cəlb olunan fiziki və hüquqi şəxslərin mənsub olduğu ölkələri müvafiq tədbirlər görməyə çağırır”. 
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031