Əkrəm İmamoğlu İstanbulu ikinci dəfə "fəth" etdi: Binəli Yıldırım onu təbrik etdi...

 
23-06-2019, 20:40            126 dəfə baxılıb
 

Dünya mediasının haqlı olaraq "İstanbulun ikinci fəthi" kimi qiymətləndirdiyi İstanbul bələdiyyə seçkilərində Türkiyə tarixində yaşanmayan ilklərə şahidlik etməkdəyəik. Hər zaman seçki günləri operativ xəbər yayan "Anadolu" Xəbər Agentliyi obrazlı desək ağzına su alıb susmaqla hamını heyrətləndirib. 


Amma ölkənin nüfuzlu telekanalı olan və Ərdoğana hüsn-rəğbət bəsləməyən müxalifyönlü FOX-da hal-hazırda canlı yayında "Anka" xəbər agenetliyinə istinadən artıq səslərin 50 faizindən çoxunun sayıldığı ifadə edilir. 

Canlı yayında olan FOX - un məşhur simalarının yüksək ovqatından belə anlaşılır ki, Əkrəm İmamoğlu İstanbulu ikinci dəfə fəth edərək adını müasir Türkiyənin tarixinə qızıl hərflərlə yazdırmağa hazırlaşır. Hər bir halda Türkiyəmiz üçün xeyirli olsun. 

Rəsmi olaraq heç bir rəqəm açıqlanamsa da ən son iddialara görə İmamoğlu Yıldırımdan təxminən 400 min səs öndədir. Yəni 31 mart seçkilərində olduğu kimi 13- 15 min fərq bu dəfə türklər demişkən, söz konusu olmayacaq...

Yenilənib...

Bu dəqiqələrdə Binəli Yıldırım kameralar önünə çıxaraq seçkilərdə Əkrəm İmamoğlunun qalib gəldiyini bəyan elədi və rəqibini təbrik etdi. İlkin açıqlamalara görə, İmamoğlu səslərin 54, 39 faizini, Yıldırımsa 44, 62 faizini toplayıb.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930