Həmsədrlər bəyanat yaydılar

 
29-06-2019, 18:53            42 dəfə baxılıb
 
ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov - Rusiya, Stefan Viskonti- Fransa və Endryu Şafer - ABŞ) birgə bəyanat yayıblar.

Bu haqda təşkilatın saytına istinadən xəbər verir.

Bəyanatda bildirilir ki, həmsədrlər Vyana və Bratislavada ATƏT-in baş katibi Tomas Qremingerə və təşkilatın fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçaka regiona son səfərləri, onların Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə Vaşinqton və Moskvada keçirilən məsləhətləşmələri barədə məlumat veriblər.

Qeyd edilir ki, onlar eyni zamanda ATƏT Yüksək Səviyyəli Planlama Qrupunun rəhbəri Vladimir Minariklə də görüşüblər. Bu görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi Anjey Kaspşik də iştirak edib:

"Həmsədrlər iyunun 28-də münaqişə tərəflərinin eyni vaxtda girovları azad etmələrini alqışlayıb və belə bir müsbət addıma sövq edən Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin səylərini yüksək qiymətləndiriblər".(modern)
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031