“Rəsulzadəyə mütləq abidə qoyulacaq, əksi qeyri-mümkündür!”

 
4-07-2019, 17:30            56 dəfə baxılıb
 “Məhəmməd Əmin Cümhuriyyətin qurucularından biri yox, əsl qurucusudur!”

“Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin xatirəsinin əbədiləşdirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət daxil olmayıb”.

Moderator.az-ın xəbərinə görı, bunu Modern.az-ın sorğusuna cavab olaraq, Bakı Meriyasından bildiriblər.
Bu cavabdan sonra “nə əcəb” sualı ətrafında düşünə-düşünə Rəsulzadənin nəvəsi Rais Rəsulzadəyə müraciət etdik. Ancaq R.Rəsulzadə illərdir babasına heykəl qoyulması, abidə ucladılması üçün davamlı müraciətlərin olduğunu deyib:
“27 ildir tək mən yox, eləcə də ictimaiyyət Məhəmməd Əmin Rəsulzadəyə abidə qoyulması üçün müraciət edir. Ona görə də məsələ aydındır. Mən demirəm istəyirlər, istəmirlər. Amma əminəm ki, mütləq babama abidə qoyulacaq. Çünki bu, onun haqqıdır. Əksi qeyri-mümkündür”.
 
R.Rəsulzadə bəzi hallarda babası haqqında dnaışarkən təhriflərə yol verildiyini dilə gətirib:
“Çox vaxt babam haqqında danışarkən deyirlər, “Cümhuriyyətin qurucularından biri”. Rəsulzadə Cümhuriyyətin qurucularından biri yox, əsl qurucusudur. Heykəl də ona qoyulmalıdır, özü də tək, kollektiv şəkilində yox. Tarixi faktlar da, sənədlər də bunu sübut edir. Prezidentin sərəncamına əsasən, Dövlət Dram Teatrında Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi keçiriləndə, hamı çıxış edirdi, onu “quruculardan biri” kimi təqdim edirdilər. Mərhum Şirməmməd Hüseynov, Allah ona rəhmət eləsin, Rəsulzadənin əsas tədqiqatçılarındandır. O çıxış  edəndə dedi ki, “Məhəmməd Əmin Rəsulzadə Cümhuriyyətin qurucularından biri yox, qurucusudur, bunu dilə gətirmək və qorxmaq lazım deyil”. Bütün zal onu alqışladı”.
 

Rais Rəsulzadənin sözlərinə görə, Bakı Dövlət Universitetinin adı da Məhəmməd Əmin Rəsulzadənin adı ilə bağlı olmalıdır:
“Biz tariximizi unutmamalıyıq, əks təqdirdə, informasiya müharibəsində düşmənə uduzacağıq. Sağ olun ki, heç olmasa sizlər onu unutmursunuz”.
 
Qeyd edək ki, hazırda  Məmməd Əmin Rəsulzadənin Zaqatalanın mərkəzində heykəli var. Heykəl Elçibəy hakimiyyəti dövründə - 1993-cü ildə qoyulub. Gəncədə isə 1992-ci ildə Rəsulzadənin Dəmiryol Parkında büstü qoyulub. Rəsulzadənin başqa bir heykəli isə doğulduğu Novxanı kəndindədir. Novxanı qəsəbəsində Məhəmməd Əmin Rəsulzadənin xatirəsinə ucaldılmış heykəl 1993-cü ildə heykəltəraş Cavanşir Dadaşov tərəfindən qranitdən hazırlanıb.шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031