Paşinyan 2023-cü(!) ilədək Azərbaycandakı erməni hərbçilərinə ev veriləcəyini vəd etdi...

 
6-08-2019, 10:27            40 dəfə baxılıb
 
Dünən – avqustun 5-də Xankəndidəki Dirçəliş meydanında etdiyi çıxışında Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altındakı torpaqlarında qanunsuz dislokasiya olunmuş erməni hərbçilərinin sosial problemlərindən də danışıb.

Moderator.az xəbər verir ki, separatçı erməni nəşrlərinin  yaydığı məlumata görə, işğalçı ölkə lideri 2023-cü ilədək “müdafiə ordusu” adlanan  qondarma rejim ordusunda xidmət edən hərbi qulluqçuların evlə təmin olunacağını vəd edib. N.Paşinyan əlavə edib ki, Ermənistanın ordu quruculuğu sahəsindəki bəzi uğurları hələlik xalqa açıqlanmır...

P.S. Sözsüz ki, bu erməni dığası kimlərdənsə Azərbaycanın torpaqlarını azad etmək üçün qəti hərbi əməliyyatlara başlamayacağına dair zəmanət alıb.  Ona görə belə arın-arxayın danışır, qəti şəkildə Qarabağı Ermənistanın tərkib hissəsi elan edir, nəinki 2023-cü ilə aid, 2050-ci ilədək  inkişaf perspektivlərindən danışır...

Sultan Laçın
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031