Pakistan Kəşmirlə bağlı Azərbaycandan kömək istəyib

 
14-08-2019, 19:25            85 dəfə baxılıb
 
“Azərbaycan bizə dost olan ölkədir. Bu qardaş ölkədən dəstək gözləyirik”.

Bu barədə Pakistanın Azərbaycandakı səfiri Səid Xan Möhmənd ölkəsinin müstəqilliyinin 73-cü ildönümünə həsr olunan mətbuat konfransında bildirib.

“Bu yaxınlarda Azərbaycan Xarici İşlər Nazirliyində olmuşam, Kəşmir məsələsini müzakirə etdik. Həmçinin Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının Kəşmir təmas qrupunun da üzvü olduğunu qeyd etmək istəyirəm. Biz də Azərbaycandan Kəşmir qətnaməsini dəstəkləməsini xahiş etmişik”, – pakistanlı diplomat deyib.

O, Ermənistanı tanımayan yeganə dövlət olduqlarını da xatırladıb: “Bildiyiniz kimi, Pakistan parlamentinin hər iki palatasında Xocalı qətliamına dair qətnamələr qəbul olunub”.(Report)
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930